EN

Hansı maşınların qiyməti qalxır? Avtomobil satışı üzrə mütəxəssisdən AÇIQLAMA

ain.az bildirir, Redaktor.az portalına istinadən.

"Bugünkü gün maşın bazarında qiymət artımı müşahidə olunur. Bu, yeni gələn Çin avtomobillərinə və ili köhnə olan, yəni ölkədə istifadə olunan avtomobillərə də şamil olunur, artıq onların da qiymətlərində artım müşahidə edirik".

Bu fikirləri Redaktor.az avtomobil bazarındakı qiymətlərdən danışan avtomobil satışı üzrə mütəxəssis Sərxan Qədirov bildirdi.

Onun sözlərinə görə, qiymət artımı 1000-2000 manata qədər, hətta bəlkə 3000-4000 manat həcmində olur:

"Lakin bu, böyük motorlu avtomobillərə aid deyil. Əksinə, onların qiymətində tələbat az olduğundan, qiymətlərdə müəyyən enmə müşahidə olunur. Qiymət artımı ilin sonuna, yəni dekabrın axırına qədər davam edəcək. Müştərilər də bilirlər ki, yanvardan sonra gömrük rüsumları artırılacaq və bazarda qiymətlərin qalxacağı gözlənilir. Buna görə də indi bazara gedib yanvara qədər maşın almağı düşünürlər. Bazarlarda artıq canlanma var və ilin sonuna qədər bu müşahidə olunacaq. Ona qədər qiymətlər artmağa davam edəcək. Yanvardan mart ayına qədər isə soyuq fəsil olduğu üçün bazarlarda zəiflik müşahidə olunur və bu, qiymətlərə təsir göstərəcək. Qiymətlər bir qədər enə bilər, çünki satış zəifdir. Amma mart, aprel və növbəti aylarda qiymətlər artıq oturuşmuş olacaq. Yeni gələn avtomobillərin qiymətində də artım müşahidə olunacaq".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
2
redaktor.az

3Sources