EN

Çində avtomobilin fərqli hissələrindən 18 kiloqram fındıq çıxdı

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Çinli sürücü avtomobilinin mühərrikində, soyutma və istilik sistemlərində problemlərin olduğunu hiss edib. Nasazlığın səbəbi isə hər kəsi təəccübləndirib.

Avtosfer.az xəbər verir ki, bu barədə "Oddity Central" yazır.

Məlumata görə, avtomobildəki problemlər sürücünü mexanikə müraciət etməyə məcbur edib.

Mexanik tez bir zamanda nasazlıqların səbəbini tapıb. Avtomobildə demək olar ki, hər boşluq fındıqla tıxanıb. Fındıq hətta hava girişlərinə və kabin filtri bölməsinə də düşüb. Onu təmizləmək bir neçə saat çəkib.

Çəkdikdən sonra məlum olub ki, avtomobildən 18 kiloqram fındıq çıxıb. Maşının sahibi bu işdə gəmiriciləri günahlandırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
avtosfer.az

2Sources