EN

Bəzi ərazilərdə yağış yağır − Faktiki hava

Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur.
Tribuna xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 1-i saat 19:00-a olan məlumata əsasən, Şahbuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Mingəçevir, Tərtərdə arabir yağış yağır.
Yevlax, Sabirabad, Zərdab, Şərur, Sədərək, Şamaxı, Qobustan, Balakəndə duman müşahidə olunur. Dumanda görünüş 200 metrədək məhdudlaşır.

Chosen
5
30
tribunainfo.az

10Sources