EN

“Kədərlənməmişdim, əsəbiləşmişdim”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqada “Alaves” üzərində 3:1 hesablı qələbədən sonra yayılan emosional görüntülərə münasibət bildirib.

 90deqiqe.Az xəbər verir ki, matç zamanı onun iki köməkçisi qırmızı vərəqə alıb və görüşdən sonra efirə verilən kadrlarda Flikin təkbaşına oturaraq kədərlə meydana baxması, daha sonra isə Rafinyanın onu sakitləşdirməyə çalışması diqqət çəkib.

“Mənim Rafinya ilə olan həmin anım? Açığı, bu, sadəcə gülməli bir məqam idi. Kimin ilk dəfə mətbuata ‘Flik kədərləndi’ yazdığını bilmirəm! Amma bəli, əsəbiləşmişdim. Çünki çoxlu top itkisi etdik… Həmçinin ehtiyat skamyasında iki məşqçimizin qırmızı vərəqə alması da məni narahat etmişdi”

Chosen
28
90deqiqe.az

1Sources