EN

Tramp Netanyahunu Ağ Evə dəvət etdi

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu Ağ Evə dəvət edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti bildirib.

"Netanyahu bu yaxınlarda Trampla telefonla danışıb. ABŞ Prezidenti baş naziri yaxın gələcəkdə Ağ Evdə görüşə dəvət edib", - deyə açıqlamada bildirilib.

Qeyd edilib ki, söhbət zamanı iki ölkə liderləri HƏMAS-ın tərksilah edilməsinin və Qəzza zolağının silahsızlaşdırılmasının vacibliyini və sadiqliyini vurğulayıblar. Baş nazirin ofisi əlavə edib ki, bundan əlavə, onlar region ölkələri ilə "sülh sazişlərinin genişləndirilməsini müzakirə ediblər"./Teleqraf


Telegram kanalımız
Chosen
65
6
yenisabah.az

10Sources