EN

İstanbul derbisində heç-heçə

Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkiyə Superliqasının 14-cü turunda İstanbul derbisi baş tutub.

Hafta.az xəbər verir ki, "Fənərbaxça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 27-ci dəqiqədə qonaqların futbolçusu Leroy Sane açıb. Meydan sahibləri isə 90+5-ci dəqiqədə Con Duranın qolu ilə məğlubiyyətdən qaçıb.

Bu nəticədən sonra "Qalatasaray" 33 xalla liderdir. Rəqibindən bir xal az toplayan "Fənərbaxça" isə 2-ci pillədə qərarlaşıb.

Chosen
62
3
hafta.az

5Sources