İsmayıllı rayonunun Sulut kəndində qeyri-adi adət mövcud olub. Belə ki, kənd sakini dünyasını dəyişdikdə, o, yaşadığı evin həyətində dəfn edilib.
Kənddə sonuncu dəfə 2021-ci ildə sakin öz evinin həyətində torpağa tapşırılıb. Həmin ildən sonra bütün dəfn prosesləri kəndin yaxınlığındakı qəbiristanlıqda həyata keçirilir.
Tarixçi Rafiq Kərimov bu ənənənin tarixinin İkinci Dünya müharibəsinə gedib çıxdığını söyləyib:
"Kəndin müharibəyə aparılan kişilərinin 120-dən çoxu həlak olub. Kənddə ancaq yaşlılar qalıb. Onlar da ölən adamı qəbiristanlıqda dəfn edə bilməyiblər. Çünki çox uzaqda olub. Ona görə də ölən adamı öz həyətində basdırıblar".