EN

Keçmiş rejissor müharibədə həlak oldu

ain.az, Modern.az saytına istinadən bildirir.

Rusiyaya qarşı davam edən müharibədə məşhur əyləncə-səyahət proqramı “Orel və Reşka”nın keçmiş rejissoru Vasili Xomko həlak olub.

Modern.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Qalina Spivak Instagram səhifəsində məlumat yayıb.

Xomko ilə vida mərasimi dekabrın 5-də, cümə günü keçiriləcək.

“Orel və Reşka” Ukraynada çəkilən, səyahətlərə həsr olunmuş populyar televiziya proqramıdır. Layihə çərçivəsində ümumilikdə 24 mövsüm ərsəyə gətirilib. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra həm çəkilişlər, həm də artıq hazır olan buraxılışların nümayişi müddətsiz dayandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
modern.az

10Sources