Rusiya prezidenti Vladimir Putin döyüş meydanındakı vəziyyəti Ukrayna xalqı üçün faciə adlandırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Kreml rəhbəri birgə qüvvələr qrupunun komanda məntəqəsinə səfəri zamanı bildirib.
Rusiya prezidenti deyib ki, Kiyev rejimi sıravi ukraynalı əsgərlərə rəhm etmir:
“Nəzərə alsaq ki, millətçi batalyonlar və neonasist batalyonlarından başqa, Ukrayna Silahlı Qüvvələri mahiyyətcə fəhlə və kəndli ordusudur, deməli, onların adi əsgərə yazığı gəlmir”.
Cavid