EN

Türkiyə tarix yazdı -

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma” dünya mətbuatında əks-səda doğurub.Metbuat.az xəbər verir ki, “Bayraktar Kızılelma” reaktiv mühərrikli hava hədəfini vuran aviasiya tarixində ilk pilotsuz döyüş təyyarəsi olub. Rusiyanın TASS xəbər agentliyi bildirib ki, "Kızılelma” səsdən sürətli reaktiv hədəfi vuran ilk pilotsuz döyüş təyyarəsi olaraq dünya aviasiya tarixində yer alıb. Rusiyanın RIA Novosti xəbər agentliyi də “Kızılelma”nın hava-hava döyüş qabiliyyətini nümayiş etdirən ilk və yeganə pilotsuz platforma olduğunu yazıb. “Xinhua” xəbər agentliyi bu uğurun arxasındakı mühəndislik bacarıqlarının olduğunu qeyd edib.

Hindistanın NDTV televiziyasının xəbərində “Kızılelma”nın uğurlu sınağının qlobal döyüş aviasiyası tarixində yeni fəsil açdığı qeyd edilib. Xəbərdə Baykarın dünya miqyasında pilotsuz uçuş aparatları ixracında mühüm mövqe tutduğu bildirilib.

Chosen
19
1
metbuat.az

2Sources