EN

KİV: Fransız hərbçilər Ukraynaya göndərilmək ehtimalından narahatdır

Fransa ordusunun bir sıra hərbçiləri ölkənin Ukraynaya kontingent göndərə biləcəyi və onların Rusiya ilə münaqişəyə daxil ola biləcəyi ehtimalından ciddi narahatdır.

APA xəbər verirki, bu barədə Le Journal du Dimanche fransız leytenantının sözlərinə istinadən məlumat yayıb.

Leytenantın fikrincə, belə bir qərar Fransa üçün ağır itkilərlə nəticələnə bilər: “Əgər bizi ora göndərsələr, fransız əsgərlərini əsl qırğın gözləyir”.

Nəşrin digər mənbəsi qeyd edib ki, mövcud şərtlər daxilində Fransa Ukrayna cəbhəsində qarşılaşacağı vəziyyətə tam hazır olmaya bilər.

Məqalədə bildirilir ki, Fransa Silahlı Qüvvələri artıq Ukraynaya xas döyüş şəraiti üzrə hazırlıq keçir. Hərbçilər səngərlərdə döyüş təlimləri alır, radioelektron mübarizə vasitələrindən istifadə edir və pilotsuz aparatlarla taktiki məşqlər həyata keçirirlər.

Chosen
56
apa.az

1Sources