EN

Tusk: Polşa hələ də II Dünya müharibəsi üzrə Almaniyadan təzminat almayıb

Polşanın Baş naziri Donald Tusk Berlinə səfəri zamanı II Dünya müharibəsi zamanı Polşaya vurulmuş ziyana görə təzminat məsələsini xatırladıb.

APA xəbər verir ki, Tusk bunu Almaniya kansleri Fridrix Merzə birgə mətbuat konfransında bildirib.

“Biz Polşada hesab edirik ki, ölkəmiz II Dünya müharibəsi dövründəki itkilər və cinayətlər üçün hələ də kompensasiya almayıb”.

Xatırladaq ki, sentyabrın 1-də Polşa Prezidenti Karol Navrotski Almaniyadan müharibə zamanı dəymiş ziyana görə rəsmi reparasiya tələb etmişdi.

Chosen
57
1
apa.az

2Sources