EN

"Hraparak": Paşinyan çətin seçim qarşısındadır

"KP-də deputatlığa namizədlərin irəli sürülməsi üçün son tarix dünən başa çatıb. İndi Nikol Paşinyan çətin seçim qarşısındadır: seçkiqabağı siyahının necə tərtib ediləcəyini qərarlaşdırmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Hraparak" qəzeti yazır. 

"Siyasi partiyalar haqqında" qanuna əsasən, siyahıda ilk 30 nəfəri partiyanın konfransı seçir. Onların hamısının konfransın 1000 nümayəndəsi tərəfindən seçilməsinə heç bir maneə olmasa da, Paşinyan öz üstünlükləri və hesablamalarına görə çətin vəziyyətlə üzləşib. O, həm qanunun tələblərindən yayınmağın, həm də istədiyi siyahı formalaşdırmağın yollarını axtarır ki, məsələn, Lilit Makunts və ya Mariya Karapetyan ilk yerlərdə olsun.

Əvəzində Alen Simonyan, Tiqran Avinyan və bir neçə nəfəri arxa sıralara yerləşdirəcəklər ki, daha yüksək vəzifələrə iddialı olmasınlar. Digər tərəfdən, o, siyahını təkbaşına formalaşdıra bilməz, sonra izah etməlidir ki, niyə bu və ya digər adamı bu vəzifəyə, o birisini isə yuxarı və ya aşağı yazıb.

Məhz bu məsələ KP-nin təşəbbüs qrupunun ötən cümə axşamı keçirilən iclasında müzakirə olunub. Paşinyan komanda yoldaşlarını namizədlərin seçilməsi və siyahının formalaşdırılması ilə bağlı fikir və təkliflərini səsləndirməyə dəvət edib və hansı variantın işləyəcəyi ilə bağlı hələ qərar verməyib", - məlumatda qeyd edilib.

Chosen
8
1
bakivaxti.az

2Sources