EN

"Real"dakı gərginliyin səbəbi müəyyənləşdi

style='margin-bottom:10px;'>

Son vaxtlar "Real"ın baş məşqçisi Xabi Alonso və futbolçular arasında yaranan və artmaqda davam edən gərginliyin səbəbi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

"Real" hesab edir ki, komandanın hazırkı çətinlikləri təkcə Xabi Alonsonun işi ilə bağlı deyil. Klubdan adı açıqlanmayan bir şəxsin sözlərinə görə, futbolçular baş məşqçinin tələblərini tam qəbul etmirlər. Bununla belə, paltardəyişmə otağına yaxın olanlar problemin kökünün təkcə Alonso olmadığını vurğulayırlar:

"Bu, Alonsonun günahı deyil. Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqem... Sadəcə olaraq, birlikdə effektiv oynaya bilmirlər. Belə üçlüklə balanslaşdırılmış heyət qurmaq olduqca çətindir".

Qeyd edək ki, "Real" bütün yarışlarda keçirdiyi son beş matçdan yalnız 1-də qalib gəlib. Klub daxilindəki mənbələr və məşqçilər heyəti etiraf edir ki, vəziyyəti dəyişmək çətin olacaq.

Chosen
9
1
teleqraf.com

2Sources