EN

Tramp Maduronun Venesueladan getməsi üçün bir həftə vaxt verdi – müddət başa çatdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Venesuela prezidenti Nikolas Maduro noyabrın sonunda ABŞ ilə danışıqlardan sonra, ABŞ-nin təhlükəsizlik zəmanəti altında ölkədən getmək imkanlarını praktiki olaraq tükədib.

Mənbələr bildirir ki, noyabrın 21-də Maduro ilə Donald Tramp arasında 15 dəqiqəlik telefon danışığı olub. Bu danışıqlar ABŞ-nin Karakas üzərində təzyiqləri gücləndirdiyi və "Cerald Ford" aviadaşıyıcısının rəhbərlik etdiyi hərbi birləşməni Karib dənizinə göndərdiyi bir vaxta təsadüf edib.

Danışıq zamanı Maduro vəzifədən getməyi və Venesuelanı tərk etməyi təklif edib. Lakin o, özü və ailəsi üçün sanksiyaların ləğvini, hüquqi amnistiyanın verilməsini, həmçinin yüzə yaxın yüksək vəzifəli məmurun azad edilməsini şərt kimi irəli sürüb.

Mənbələrə görə, Tramp bu şərtləri rədd edib və Maduronun bir həftə ərzində ölkəni tərk etməsini tələb edib. Bu müddət noyabrın 28-də başa çatıb və bundan sonra "Truth Social" platformasında Venesuela üzərində hava məkanının bağlanması barədə məlumat yayımlanıb.

Daha sonra Venesuela tərəfi yenidən danışıq təşkil etməyə cəhd etsə də, yeni əlaqə barədə razılığa gəlinməyib.
ABŞ Maduro hökumətini narkotik biznesi ilə əlaqədə ittiham edir. Karakas isə bu ittihamları rədd edərək, Vaşinqtonun hərəkətlərini hakimiyyət dəyişikliyi cəhdi kimi qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
olaylar.az

1Sources