EN

Məhkəmə əmlak şirkətinin əməkdaşı ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluq etməkdə təqsirləndirilən Emin Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, Emin Məmmədov “New Life” əmlak şirkətində vasitəçi vəzifəsində işləyib. O, çalışdığı müddət ərzində şirkətin 49 743 manat pulunu mənimsəmə yolu ilə ələ keçirib.


Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

 

Kamal Məmmədov 

Tarix: 2 Dekabr 2025, 09:16   
Chosen
14
pravda.az

1Sources