EN

Masallıda avtomobil aşıb, ölən var

Masallıda ölümlə nəticələnən qəza baş verib.

APA xəbər verir ki, hadisə rayonun Həsənli kəndində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Fərmudə Hüseynova idarə etdiyi “Nussan Sunny minik” markalı avtomobillə hərəkətdə olarkən anidən idarə etməni ititrib və maşın aşıb.

Nəticədə sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü Gülşən İsmayılova 1985-ci il əvəllüdlü Nuriyə Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Chosen
12
5
apa.az

7Sources