EN

Azərbaycan Kuboku: "Turan Tovuz" üçün asan sınaq, "Zirə" "Neftçi"yə qarşı

Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsi başlayır.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək və qalibi bir oyunla müəyyənləşəcək mərhələnin açılış günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə Bakıda I Liqa təmsilçisi “Şahdağ Qusar” ilə “Turan Tovuz” üz-üzə gələcək. Rəvan Həmzəzadənin idarə edəcəyi matç saat 15:00-da başlanacaq.

Günün digər oyunu isə “Zirə” və “Neftçi” arasında təşkil olunacaq. Paytaxt derbisi Tural Qurbanova tapşırılıb. Görüşün start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları 3-4 dekabrda keçiriləcək. 

Bizon Azərbaycan Kuboku
1/8 final 
2 dekabr

15:00. “Şahdağ Qusar” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“SOCAR Polymer Arena”.

19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov, Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə. İdman Kompleksinin stadionu.

Chosen
16
2
fanat.az

4Sources