EN

Masallıda qadın sürücü maşını aşırdı: Ölən VAR

Masallı rayonunda avtomobil aşıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Hüseynova Fərmudə Əlipənah qızı idarə etdiyi "Nissan Sunny" markalı minik avtomobillini aşırıb.

Nəticədə sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü İsmayılova Gülşən İsa qızı, 1985-ci il təvəllüdlü Nuriyeva Nuriyə Rasim qızı və 1961-ci il təvəllüdlü Vəlişova Sevda İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxil olub. S.Vəlişova aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Chosen
19
6
avtosfer.az

10Sources