EN

Bakının bu ərazisində işıq olmayacaq

Bu gün Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

"Azərişıq"dan verilən məlumata görə, Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 2 dekabr tarixində 35/10/6 kV-luq "Bilgəh" yarımstansiyasında 10 kV-luq Paylayıcı Qurğuda (PQ) təmir işləri aparılacaq.

 

Bununla əlaqədar olaraq saat 10:30-dan 14:00-dək Bilgəh qəsəbəsi Zəfəran Sovxozu yaşayış massivi, Bilgəh kənd mərkəzi və Azərbaycan qadını küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Tarix: 2 Dekabr 2025, 09:36   
Chosen
16
19
pravda.az

10Sources