EN

Masallıda qəza - Ölən var

Masallı rayonunda avtomobil aşıb.

Sitat.info xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynova idarə etdiyi "Nissan Sanni" markalı avtomobili aşırıb.

Nəticədə sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü Gülşən İsa qızı İsmayılova, 1985-ci il əvəllüdlü Nuriyə Rasim qızı Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda İsa qızı Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxil olub.

S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Chosen
11
3
sitat.info

10Sources