EN

Masallıda avtomobil aşdı - Ölən var

Masallıda ölümlə nəticələnən qəza baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Həsənli kəndində baş verib.
 
Belə ki, 1990-cı il təvəllüdlü Fərmudə Hüseynova idarə etdiyi “Nissan Sunny minik” markalı avtomobillə hərəkətdə olarkən anidən idarə etməni ititrib və maşın aşıb.
 
Nəticədə sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü Gülşən İsmayılova 1985-ci il əvəllüdlü Nuriyə Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında ölüb.
 
Faktla bağlı cinayət işi başlanılıb.
Chosen
3
5
moderator.az

8Sources