EN

Masallıda qadın sürücü maşını aşırdı: ölən və yaralananlar var

Masallıda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə dekabrın 1-i Masallının Həsənli kəndi ərazisindən keçən hissəsində saat 12 radələrində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Fərmudə Hüseynova idarə etdiyi “Nussan Sunny minik” markalı avtomobillə Masallı rayonu Həsənli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən anidən idarə etməni itirərək avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü İsmayılova Gülşən İsa qızı, 1985-ci il əvəllüdlü Nuriyeva Nuriyə Rasim qızı və 1961-ci il təvəllüdlü Vəlişova Sevda İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxil olublar.

Sərnişin S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı Masallı RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Chosen
30
4
ucnoqta.az

10Sources