EN

Bakıda “4Sİ Akademiyası - Milli Proqram”ın yarım illik nəticələrinə dair təqdimat keçirilir

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "4Sİ Akademiyası - Milli Proqram"ın yarım illik nəticələrinə dair təqdimat keçirilir.

Day.Az xəbər verir ki, təqdimatda Dövlət və özəl qurumların nümayəndələri, təlim-tədris məsələləri üzrə məsul rəhbər şəxslər, layihənin tərəfdaşları iştirak edir.

Tədbir çərçivəsində "Milli Proqram" yarımillik nəticələrinə dair təqdimat , universitet kurikulumlarının Coursera platformasına inteqrasiyasına dair görüş, "Süni intellekt dövründə bacarıqlara əsaslanan gələcəyin yaradılması"na dair təqdimat, "Süni intellekt dövründə bacarıqlara əsaslanan gələcəyin yaradılması"na dair təqdimat, "Universitet və Coursera arası əməkdaşlığın qurulması ilə bağlı Coursera kurs kurikulumlarının təkmilləşdirilməsi görüşü" və Coursera platformasında təqdim olunan kursların universitet kurikulumlarına inteqrasiyası barəsində müzakirə nəzərdə tutulub.

Xəbər yenilənəcək

Chosen
38
2
day.az

3Sources