EN

Flaminqolar Mahmudçalaya axışdı – Digər çöl quşları isə yoxa çıxıb

MAHMUDÇALA, 2 dekabr. TELEQRAF

Ötən il Mahmudçala ovçuluq təsərrüfatında görünməyən flaminqolar bu il əraziyə kütləvi şəkildə miqrasiya edib.

Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, zəngin qida ehtiyatı və su-bataqlıq landşaftının əlverişliliyi bu nadir köçəri quşların qədim köç marşrutunu yenidən bərpa etməsinə şərait yaradıb.

Maraqlıdır ki, adətən bu bataqlıq sahələrində çoxluq təşkil edən ördək, qaşqaldaq və digər çöl quşlarının sayı bu il xeyli azalıb. Ekoloqlar bunu qış aylarında havaların mülayim keçməsi ilə əlaqələndirirlər.

Flaminqoların ilk dəfə bu qədər böyük dəstələrləMahmudçalaya gəlməsi həm yerli sakinlərin, həm də yoldan keçənlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, Muğan düzündə yerləşən Mahmudçala ovçuluq təsərrüfatı çöl quşlarının əsas yataq yeri hesab olunduğuna görə burada ov etmək qadağandır.

Təsərrüfat çöl quşlarının növ müxtəlifliyinə və qışlamaya gələn quşların sayına görə Avropada İngiltərə və Hollandiya ilə yanaşı ilk üçlükdə qərarlaşır.

Chosen
9
teleqraf.com

1Sources