EN

Bir dərs üçün Bakıdan Xankəndiyə gedib qayıdır 15 saata

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qarabağ Universitetinin müəllimi Arzu Şükürova həftədə iki dəfə Xankəndiyə gedib dərs keçir və həmin gün Bakıya qayıdır.

Yeniavaz.com xəbər verir ki, o, bunu Valyuta.az-a müsahibəsində deyib.

Arzu Şükürova bildirib ki, Xankəndiyə getdiyi günlər saat 04:30-da oyanır, 06:00-da evdən çıxır:

“07:00-da Bakı Beynəlxalq Avtovağzalından avtobus yola düşür və saat 13:00-da Xankəndidə oluram. Dərsi keçirəm, 17:00-da universitetdən çıxıram, 17:30-da avtobus Xankəndidən Bakıya yola düşür. Bakıya gecə saat 23:30–24:00-a yaxın çatırıq. Evə çatmağım isə 01:30-a qədər çəkir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
yeniavaz.com

2Sources