Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7News.Az oxu.az-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynova idarə etdiyi "Nissan Sunny" markalı avtomobillə Masallı rayonunun Həsənli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.
Hadisə nəticəsində sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər- 1975-ci il təvəllüdlü Gülşən İsa qızı İsmayılova, 1985-ci il əvəllüdlü Nuriyə Rasim qızı Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda İsa qızı Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. S.Vəlişova aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.