EN

ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi keçirilib: Memorandum imzalanıb

Bakı.Trend:

ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimikeçirilib.

Trend xəbər verir ki, 2dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidentiyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellektplatformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib.

Platformanın əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ)sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdiistifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir.ASAN AI Hub açıq innovasiyanı təşviq edəcək və dövlət qurumları,özəl sektor və universitetlər arasında körpü rolunu oynayacaq.Texnoloji problemlər platformada açıq elan ediləcək və tələbələr,akademiklər, sahibkarlar, eləcə də ictimai təşkilatlar öz həlləriilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanıəldə edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında VətəndaşlaraXidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri ÜlviMehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçünəhəmiyyətini vurğulayıb.

Bildirib ki, ASAN AI Hub Prezident İlham Əliyevin AzərbaycanMilli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuşyığıncağındakı çıxışı zamanı səsləndirdiyi göstərişinə uyğun olaraqyaradılıb. Platforma dövlət xidmətləri sektorunu, biznessubyektlərini, elmi-tədqiqat mərkəzlərini, startap ekosistemini
birləşdirir və süni intellekt əsaslı həllərin hazırlanmasında körpürolunu oynayır.

Sonra Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müaviniSahib Ələkbərov, Azərbaycanın Respublikasının rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini Samir Məmmədov ASAN AI Hub-ın rəqəmsaltransformasiya, iqtisadi inkişaf və elmi potensialıngücləndirilməsi baxımından önəmini qeyd ediblər.

14 milyonluq bir icmaya sahib olan, hər kəs üçün əlçatanöyrənmə, tətbiq və böyümə imkanları təqdim edən qlobal süniintellekt platforması “GenAI Works”un Baş direktoru və həmtəsisçisiSteve Nouri isə “Günümüzdə generativ süni intellekt, 2025”mövzusunda çıxış edərək qlobal trendlər, texnoloji inkişaf və süniintellektin tətbiq imkanları haqqında məlumat verib.

Tədbir çərçivəsində ASAN AI Hub ilə "Apolitical", "BreakthroughSocial Enterprise" və "GenAI Works" arasında anlaşma memorandumlarıimzalanıb. Bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiyaekosisteminə inteqrasiyasını gücləndirəcək.

Sonra “Süni intellektdə Açıq İnnovasiya: Hər kəs üçün körpü”adlı panel müzakirəsi keçirilib. Panelin spikerləri qismində ASANAI Hub-ın rəhbəri Ləman İbrahimova, “GenAI Works”un Baş direktoruvə həmtəsisçisi Steve Nouri, Edinburq Maliyyə İnnovasiyalarıMərkəzinin həmdirektoru və Edinburq Universitetində maliyyə üzrəmüəllimi Xaladdin Rzayev və Tsinghua Universitetinin İnformasiyaİncəsənəti və Dizayn fakültəsinin dosenti Fu Zhiyong spikerlərqismində çıxış ediblər. “Apolitical” təşkilatının Partnyorluqlarüzrə direktoru Katherine Miller Weberin moderatorluğu ilə keçirilənpaneldə açıq innovasiya modelləri, dövlət–özəl sektor əməkdaşlığı,inklüzivlik və məsuliyyət prinsipləri ilə bağlı müzakirələraparıblar.

Məqalədə:
Chosen
61
12
az.trend.az

10Sources