EN

Bu nazirliyin strukturunda dəyişikliklər aparılır

“Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır. Peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli səsləndirib.

O bildirib ki, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir: “Eyni zamanda bu qaydaların və siyasətlərin icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur".

Chosen
5
9
bakivaxti.az

10Sources