EN

Elm və Təhsil Nazirliyində yeni bölmə YARADILDI

Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır. Peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb”.

Redaktor.az
xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli səsləndirib.

O qeyd edib ki, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir. Eyni zamanda, bu qaydaların və siyasətlərin icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur:

“Bizim uğurumuz, əlbəttə ki, həm siyasət qanadının, həm əməliyyat qanadının, həm də yerlərdə bütün işi görən peşə təhsili müəssisələrinin birgə fəaliyyətindən asılıdır. Mən bu birgə yolda sizin hər birinizə uğurlar arzulayıram”.

Chosen
19
12
redaktor.az

10Sources