Masallıda ölümlə nəticələnən qəza olub.
Leqal.info xəbər verir ki, hadisə rayonun Həsənli kəndində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Fərmudə Hüseynova idarə etdiyi “Nussan Sunny” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarə etməni itirib və maşın aşıb.
Nəticədə sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü Gülşən İsmayılova, 1985-ci il əvəllüdlü Nuriyə Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Leqal.info