Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Kardioqol Aleksandr Şişonin beynin qan dövranının pozulmasının üç gözə çarpmayan əlamətini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında məlumat verib.
Şişonin bildirib ki, beynin qan dövranının pozulmasının əsas səbəbi damar problemləridir. Onun sözlərinə görə, bunun ilk göstəricisi orta səviyyəli fiziki fəaliyyət sonrası, məsələn, pilləkən çıxandan sonra nəfəs darlığının yaranmasıdır.
Həkim əlavə edib ki, baş gicəllənmələri də beynin damarlarının problem yaşadığını göstərən əlamətdir. “Beynə qan getməsinin pozulduğunu göstərən digər bir əlamət isə görmə ilə bağlı dəyişikliklərdir: görmə sahəsi daralır, nöqtələr yaranır, əşyaları aydın görmürsünüz”, - deyə kardioqol qeyd edib.
Şişonin vurğulayıb ki, bu əlamətlərin yaranması ürək və baş-boyun damarlarının yoxlanması üçün siqnaldır. Onun sözlərinə görə, bu pozuntular dərmanlarla müalicə olunmur; onları balanslı qida, düzgün fiziki fəaliyyət və digər həyat tərzi dəyişiklikləri ilə korreksiya etmək mümkündür.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.