EN

Mühacirlikdən qlobal moda ikonluğuna - İlk sudanlı model

Sudanlı-amerikalı top-model Anok Yai "British Fashion Council" tərəfindən“2025-ci ilin Modeli” seçilib.

Kulis.az xəbər verir ki, qərar onun bir sıra nəhəng brendlərlə həyata keçirdiyi beynəlxalq kampaniyalar və qlobal moda dünyasında qaradərili təmsilçiliyini gücləndirən fəaliyyətinə görə verilib.

Mükafat 1 dekabr 2025 tarixində Londondakı "Royal Albert Hall"da təqdim olunacaq.

O, yalnız yüksək moda sahəsində deyil, qlobal səviyyədə inklüziv gözəllik standartları, mühacir məsələləri, qaradərili təmsilçiliyinin əhəmiyyəti, irqi ədalətsizlik və rəng ayrı-seçkiliyi mövzularında da fəaldır.

Qeyd edək ki, Yai təhsil aldığı biokimya fakültəsindən ilhamlanaraq gənc qızları STEM sahələrinə yönləndirmək üçün çalışdığını da bildirib.

Chosen
6
1
kulis.az

2Sources