EN

“Real Madrid”in ən uğursuz hücumçusu – 30 oyundur qol vura bilmir

Bakı, 2 dekabr, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Rodriqo uğursuz seriya ilə diqqət çəkir.

AZƏRTAC xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi “kral klubu”nun heyətində 30 oyundur qol vura bilmir.

Son olaraq La Liqanın XIV turunda “Jirona” ilə matçda (1:1) meydana çıxan vinger heç nə ilə yadda qalmayıb. 72-ci dəqiqədə oyuna daxil olan futbolçu nə məhsuldar ötürmə edə, nə də qol vura bilib.

“Sambaçı” bu il martın 4-dən bəri meydanda olduğu 1338 dəqiqədə fərqlənə bilməyib ki, bu da Madrid təmsilçisinin tarixində hücum oyunçuları arasında ən pis göstəricidir. İkinci zəif göstərici isə Mariano Diasa məxsusdur. Hazırda “Alaves”də çıxış edən hücumçu da “Real Madrid”in heyətində 30 oyunda rəqib qapılarına yol tapa bilməyib. Sadəcə, onun uğursuz seriyası 986 dəqiqə davam edib.

 

Chosen
12
azertag.az

1Sources