EN

ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, platformanın əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün əhəmiyyətini vurğulayıb:

"ASAN AI Hub Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağındakı çıxışı zamanı səsləndirdiyi göstərişinə uyğun olaraq yaradılıb. Platforma dövlət xidmətləri sektorunu, biznes subyektlərini, elmi-tədqiqat mərkəzlərini, startap ekosistemini

birləşdirir".

Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov platformanşnın Azərbaycan iqtisadiyyatına təsirlərindən danışıb:

"Müasir dövrdə süni intellekt əsaslı həllərin hazırlanmasında körpü rolunu oynayır. ASAN AI Hub da iqtisadiyyatımıza öz müsbət töhfəsini verməklə nəticəsini göstərəcək".

Chosen
23
aznews.az

1Sources