EN

Saakaşvili: “Rəsmi Bakının qəzəbi haqlıdır”

Həbsdə olan keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin hazırkı hakimiyyətini təkcə Qərb tərəfdaşları ilə deyil, həm də ən yaxın qonşuları Ermənistan və Azərbaycanla münasibətləri pisləşdirməkdə günahlandırıb.

"Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistandan Gürcüstan QHT-lərini İrəvandan (indi İrəvan gürcülərlə doludur, çünki əvvəllər Qərbin maliyyəsi ilə Gürcüstanda keçirilən konfransların hamısı İrəvana köçürülüb) çıxarmağı və onların hesablarını bağlamağı xahiş edir. 

Paşinyan hökuməti cavab olaraq Ermənistanın xarici agentlər haqqında qanununun olmadığını və qanun tətbiq etməyi planlaşdırmadığını və gürcülərin azadlığını məhdudlaşdırmaq üçün heç bir əsasın olmadığını bildirir. 

Öz növbəsində, Kobaxidze Yerevanı malların hərəkətinə məhdudiyyətlərlə hədələyir", - Saakaşvili “Facebook” səhifəsində yazıb.Keçmiş prezident qeyd edib ki, Gürcüstan tərəfi də Azərbaycan üçün problem yaratmağa başlayıb.

"Bu arada, Tbilisi artıq Azərbaycan üçün malların hərəkətinə problem yaradıb. Azərbaycan nəşrləri haqlı olaraq Rusiyanın təsirini görür", - Saakaşvili vurğulayıb və "rəsmi Bakının haqlı qəzəbini" qeyd edib.

Chosen
47
7
cebheinfo.az

8Sources