EN

Arda Turan özündən çıxdı, rəqibin üzərinə getdi - Video

style='margin-bottom:10px;'>

Ukrayna Premyer Liqasının 14-cü turunda Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” (Donetsk) “Krivbas”la qarşılaşıb. Gərgin keçən oyun 2:2 hesabı ilə başa çatıb. Donetsk təmsilçisi 90+6-cı dəqiqədə qol vuraraq məğlubiyyətdən xilas olub.

QOL.az xəbər verir ki, matçın ən çox müzakirə olunan məqamı isə Arda Turan ilə rəqib komandanın niderlandlı baş məşqçisi Patrik van Leuven arasında 47-ci dəqiqədə yaşanan gərginlik olub. Texniki zonada əsəbləri tarıma çəkilən türk mütəxəssis sarı vərəqə ilə cəzalandırılıb.

Görüşdən sonra Arda Turan həmin epizodla bağlı deyib: 

"Bu gün gördüyünüz sözlü mübahisə ilə bağlı demək istəyirəm ki, emosiyaların yüksəldiyini başa düşürəm, amma keçilməməli olan bəzi qırmızı xətlər var. Ailə və yaxınlarla bağlı deyilən ifadələrin hər vəziyyətdə yersiz olduğunu düşünürəm. Belə şeylər heç bir halda dilə gətirilməməlidir. Bəli, bəlkə reaksiyam çox yüksək idi. Amma bu sərt də olsa, verdiyim reaksiyadan əsla peşman deyiləm”.

Ukrayna mətbuatının yazdığına görə, bu epizod zamanı Arda Turan mövsümdə 4-cü sarı vərəqəsini alıb və nəticədə cəzalı duruma düşüb. O, “Şaxtyor”un növbəti turda “Kolos”la keçirəcəyi matçda texniki zonada ola bilməyəcək.

Qeyd edək ki, "Şaxtyor" 14 turdan 31 xalla liderdir. O, ikinci pilədə olan "Çerkassı" komandasını 3 xal qabaqlayır.

Chosen
33
1
teleqraf.com

2Sources