EN

“ASAN xidmət” gələn il açıq data əsasında yeni məhsullar üçün müsabiqə elan edəcək

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu ilin aprelində "ASAN xidmət" açıq "Publik data portalı"nı istifadəyə verdi. Yeddi ay ərzində portalın 7 min istifadəçisi oldu. Bu, o deməkdir ki Azərbaycanda data ilə işləyən ciddi təbəqə var. Bizim üzərimizə düşən həmin təbəqənin ehtiyaclarını düzgün qiymətləndirməklə ümumi ekosistemə fayda verə bilməkdir.Demokrat.az xəbər verir ki, bunu ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.Ü.Mehdiyev bildirib ki, Agentlik gələn il "Publik data portalı"ndan istifadə etməklə "ASAN xidmət"ə yeni məhsul və xidmətlər təklif edənlər üçün əlavə müsabiqə elan edəcək: "Bu, hər kəs üçün çox faydalı portaldır. Düşünürəm ki, Azərbaycan dövlət orqanları arasında ilk dəfə idi ki, "ASAN xidmət" bu cür data portalı açıq elan etdi. Fəaliyyətimizin 7 istiqaməti üzrə orada milyonlarla data var ki, ondan elm adamları, tədqiqatçılar, startapçılar rahat istifadə edə, yeni məhsul və xidmətlərlə bağlı ideya və konsepsiyalar formalaşdıra bilərlər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
2
demokrat.az

3Sources