EN

Azərbaycanda süni intellektdən etik dəyərlər çərçivəsində istifadəni təmin etmək üçün normativ hüquqi baza hazırlanır

Bakı, 2 dekabr, AZƏRTAC

Ölkəmizdə süni intellektdən etik dəyərlər çərçivəsində məsuliyyətlə istifadə edilməsini təmin etmək üçün normativ hüquqi baza hazırlanmaqdadır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimində deyib.

Nazir müavininin sözlərinə görə, həmin mexanizm insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetirməklə süni intellektdən istifadəni optimallaşdıracaq. Hüquqi tənzimlənmənin məqsədi süni intellektin inkişafını məhdudlaşdırmaq deyil, əksinə, onun əsasında ölkədə rəqəmsallaşmanı hərtərəfli dəstəkləməkdir.

 

Chosen
8
azertag.az

1Sources