EN

ABŞ, İran və Avropa vətəndaşları üçün viza rejimi aradan qaldırsın Deputatdan TƏKLİF

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Azərbaycanda turizmin inkişafı üçün ABŞ, İran və Avropa ölkələrinin vətəndaşları üçün viza rejimini ləğv etməsi təklif olunub".

"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayı keçən illə müqayisədə 1,7 faiz azalıb: 

"Məsələn, Avropadan gələn turistlərin sayı 21.7 faiz azalıb, Mərkəzi Avropadan gələn turistlərin sayında isə 10 faiz azalma baş verir. Amma qonşu Gürcüstanda ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə turistlərin sayında 6,6 faiz artım olub. Azərbaycana 2 milyon 171 min turist gəlibsə, bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib".

Parlament üzvü vurğulayıb ki, çalışmalıdır ki, ABŞ, İran və Avropa ölkələrinin vətəndaşları üçün viza rejimi aradan qaldırsın: 

"Eyni zamanda Azərbaycanda böyük bir araşdırma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina edilir? Bu, daha çox həm də bizdə bu xidmətlərin qiymətinin artması ilə bağlıdır. Təyyarə biletləri bahadır, ümumiyyətlə, ictimai iaşə obyektlərində qiymətlər həddindən artıq bahadır və ucuz hotellər Azərbaycanda yoxdur. Bu, turistlərin sayına birbaşa təsir edir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
2
sherg.az

3Sources