EN

Yenidoğulmuşun sarılığında "gizli" risklər ultrasəs və MRT ilə necə aşkarlanır?

Bakı. Trend:

“Yenidoğulmuşlarda sarılıqların diaqnostikası əsasən klinikiəlamətlər, laborator müayinələrlə (qanda ümumi bilirubinin, düzbilirubinin səviyyəsi, qanın ümumi analizi və s.) aparılır”.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”verilişində pediatr Aynur Bağırova açıqlayıb.

Onun sözlərinə görə, uzun sürən və ağır olan sarılıqlarda,xüsusən düz bilirubinın yüksənlməsi ilə gedənhiperbilirubinemiyalarda tibbi qenetika mərkəzində dərin müayinəaparıb metabolik xəstəliklər, uşaq cərrahiyə mərkəzində punksionbiopsiya, xolangioqrafiya istifadə edərək biliar patoloqiyalaristisna edilməlidir:

“Funksional müayinə üsullarından qarın boşluğu üzvlərin ultrasəsmüayinəsi (qaraciyər, öd kisəsi, dalaq) vasitəsiləhepatosplenomeqaliya, qaraciyərin metabolik xəstəlikləri və digərxəstəliklərdə qaraciyərin zədələnməsi, biliar atreziya, parenteralqidalanma ilə əlaqəli xolestaz, proqressivləşən ailəvi qaraciyərdaxili xolestaz və s. kimi patologiyaların diaqnostikasında mühüməhəmiyyət kəsb edir”.
Pediatr sonda bildirib ki, qeyd edilən patologiyalarda daha dəqiqdiaqnoztika üçün həkimin təyinatı ilə qarın boşluğu orqanlarınınMRT müayinəsi də aparıla bilər", o əlavə edib.

Chosen
5
4
az.trend.az

5Sources