EN

Səhiyyə Nazirliyinin həkimi beyin fəaliyyətini təhdid edən sarılığın təhlükəli nəticələrini açıqlayıb

Bakı. Trend:

“Yenidoğulmuşlarda sarılığın uzunmüddətli ağırlaşmaları mərkəzisinir sisteminin zədələnməsi ilə əlaqədardır və serebral iflic(Sİ), karlıq, zehni gerilik və görmə pozğunluğunu əhatə edir”.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”verilişində pediatr Aynur Bağırova açıqlayıb.

Onun sözlərinə görə, belə fəsadlar, bilirubinin baş beyinəzəhərli təsiri (nüvə sarılığı və ya bilirubin ensefalopatiyası)səbəbindən ağır, müalicə olunmamış sarılıqda baş verir:

“Qanda çox yüksək bilirubin səviyyəsi və sürətlə artması iləağırlaşma riski yüksəlir.
İlkin olaraq ağır nevroloji ağırlaşmalar – qıcolmalar, yuxululuq,süstlük, əzələ tonusunun azalması və ya əzələ gərginliyi, zəifqidalanma kimi əlamətlər qeyd olunur. Uzunmüddətli nəticələrdə isəkarlıq, zehni gerilik, serebral iflic, görmə pozğunluğu və inkişafləngiməsi kimi pozulmalar inkişaf edir.
Digər ağırlaşmalardan isə qaraciyər zədələnmələri, qaraciyərhüceyrələrinin disfunksiyasına səbəb ola bilər. Uzunmüddətlisarılıq həzm sistemi, böyrək pozğunluqları, qanaxma riskininartmasına səbəb ola bilər. Xəstəliyin ağır formalarında anemiya vədalağın böyüməsi də müşahidə edilir”.

Pediatr qeyd edib ki, yenidoğulmuşlarda sarılıq həmişə diqqəttələb edən bir vəziyyətdir:

“Bilirubin səviyyəsini izləmək üçün pediatr tərəfindən tez birzamanda müayinə vacibdir. Vaxtında diaqnoz və müalicə ilə proqnozəksər hallarda ümumiyyətlə müsbətdir və ağırlaşmaların qarşısınıalmaq olar”.

Chosen
11
3
az.trend.az

4Sources