EN

Qiymətlər çox yüksəkdir, turistlərin gəlməsinə təsir edir - Qüdrət Həsənquliyev

"Əgər bu ilin 10 ayında ölkəmizə 2 milyon 171 min turist gəlibsə (illik müqayisədə 1,7 % az), bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib (2 dəfə çox). Bunun səbəbləri araşdırılmalıdır".

Azreform.info xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. 

Onun sözlərinə görə, Azərbaycan ilk növbədə çalışmalıdır ki, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri və İran vətəndaşları üçün viza rejimini aradan qaldırsın: "Eyni zamanda araşdırma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina eləyirlər. Bu, həm də bizdə xidmətlərin baha olması ilə bağlıdır. Təyyarə biletlərinin, ictimai-iaşə obyektlərindəki xidmətlərin qiymətləri çox yüksəkdir. Azərbaycanda ucuz hotellər yoxdur. Bu da turistlərin sayına birbaşa təsir edir. Hesab eləmirəm ki, biz yerli hotelləri büdcədən ayrılan vəsaitlə - beynəlxalq tədbirlər keçirməklə dəstəkləməliyik".

Mürtəza

Chosen
36
9
azreform.info

10Sources