EN

"Şəki aqroturizm, ekoturizm istiqamətində çox ciddi turizm potensialına malikdir"

Şəki rayonu aqroturizm, ekoturizm istiqamətində çox ciddi turizm potensialına malikdir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Şəki rayonu şimal-qərb regionunun ən turistik istiqamətlərindən biridir: "Şəki həm ölkənin, həm dünyanın mədəni elementlərinin, tarixi abidələrinin ən çox olduğu məkanlardan biridir. Eyni zamanda, rayon aqroturizm, ekoturizm istiqamətində çox ciddi turizm potensialına malikdir".

Ş. Məlikov Şəki Regional Turizm İdarəsinin fəaliyyət göstərdiyi rayonlarda, yəni Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında aqroturizm məkanlarından bəhs edib: "Hesab edirəm ki, bizim regionun cəlbediciliyinin növbəti əsas istiqamətlərindən biri də sırf belə turizm təsərrüfatları olacaq".
 

Ümid Kərimzadə

Chosen
45
4
operativmm.az

7Sources