EN

Biləsuvarda flaminqoların vaxtından əvvəl miqrasiyası qeydə alınıb FOTO

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Qlobal iqlim dəyişikliklərinin təsiri artıq quşların köç marşrutlarında da hiss olunur. Havaların mövsümə uyğun keçməməsi çöl quşlarının miqrasiyasına ciddi təsir göstərib. Bunun nümunələrindən biri Biləsuvardakı Mahmudçala ovçuluq təsərrüfatında müşahidə edilir. Ötən il ərazidə görünməyən flaminqolar bu il böyük sürülər şəklində bura köç ediblər. Əvvəlki illərdə daha çox rast gəlinən digər köçəri quşların sayı nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, adətən bu ərazilərdə çoxluq təşkil edən ördək, qaşqaldaq və digər çöl quşlarının sayı bu il kəskin azalıb. Mütəxəssislər bildirir ki, qış fəslinə baxmayaraq, havaların mülayim keçməsi bəzi quş növlərinin miqrasiyasını gecikdirir. Mövcud hava şəraiti isə flaminqolar üçün ideal qışlama mühiti yaradıb.

Ekoloq Nazim Məmmədov bildirib ki, flaminqoların bu il daha tez köç etməsini yalnız havaların mülayim keçməsi ilə əlaqələndirmək düzgün yanaşma deyil: "Köç prosesi daha çox quşların populyasiya halında yaşaması və davranışlarını birlikdə tənzimləməsi ilə bağlıdır. Flaminqoların tez köç etməsi təkcə havaların mülayim keçməsi ilə bağlı deyil. Bu quşlar fərd olaraq yox, populyasiya halında yaşayırlar və qərarları da birlikdə verirlər. Adətən bir dəstə hərəkətə keçəndə digər dəstələr də onlara qoşulur. Ola bilsin ki, ilk qrup daha tez köç edib və qalanları da instinktiv olaraq onların dalınca yola düşüblər. Son illər iqlim dəyişiklikləri, su hövzələrinin vəziyyəti və qida ehtiyatları kimi amillər də onların köç vaxtına və istiqamətinə ciddi təsir göstərir. Müşahidələrimə görə, bu il də həmin amillərin təsiri özünü göstərir”.

Flaminqoların ilk dəfə bu qədər böyük dəstələr halında Mahmudçalaya köç etməsi yerli sakinlərin, həm də xarici qonaqların marağına səbəb olub. Onları yaxından izləmıək üçün əraziyə gələnlər çoxdur.

Qeyd edək ki, Mahmudçala ovçuluq təsərrüfatı çöl quşlarının əsas yaşayış və toplanma ərazilərindən biri olduğundan burada ov etmək qadağandır. Təsərrüfat ümumilikdə 7136 hektar sahəni əhatə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
4
apa.az

5Sources