Nikol Paşinyan Köçəryan-Sarkisyan klanını ifşa etmək üçün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sənədlər ATƏT-in Minsk Qrupunun rəsmi ləğv edilməsindən sonra dərc etməyə söz vermişdi.
Bu gün Ermənistan hökumətinin saytında sənədlərin dərc edilməsinə start verilib.
Sənədlər belə müqəddimə başlıq ilə verilib:
"Aşağıda 2020-ci ilə qədər davam edən danışıqlar prosesinin məzmunu haqqında təsəvvür yaradan Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlət idarələrində mövcud olan bir sıra sənədlər dərc olunub. Birinci qrup sənədlərlə birbaşa əlaqəli olan bir sıra ictimaiyyətə açıq sənədlər də yerləşdirilib."
Ermənistan hökümətinin saytına Azərbaycan İP ünvanlarından girişinə qadağa hələ aradan qaldırılmayıb. Buna görə də sayta VPN vasitəsiylə daxil olub sənədləri oxuya bilərsiz. Sənədlər olduğu kimi rus və ingilis dillərində faksimile şəkilində dərc edilib