EN

Telefonu açan kimi "alo" deməyin:Səbəbi


Fırıldaqçıların yeni taktikası "alo" dediyiniz kimi başlayır...

Medicina.az xəbər verir ki, telefon fırıldaqçıları vətəndaşları hədəf almaq üçün yeni üsuldan istifadə etməyə başlayıblar.

"Səssiz fişinq" adlanan bu üsulda fırıldaqçılar naməlum nömrədən zəng edir və yalnız "alo" və ya "buyurun" kimi bir səs gözləyirlər.

Bu metodun ən həyəcanverici tərəfi qurbanın səsinin qeydə alınma ehtimalıdır.

Fırıldaqçılar daha sonra süni intellekt texnologiyaları ilə qeydə alınmış bu səsdən şəxsiyyət təsdiqini saxtalaşdırmaq, ailə üzvlərini aldatmaq və ya digər əməllərində istifadə etmək üçün istifadə edə bilərlər.

Aygün

Chosen
14
1
medicina.az

2Sources