EN

Tarix və informatikanın buraxılış imtahanına əlavə edilməsi məsələsinə baxmaq olar Deputat DANIŞDI

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə orta və ali təhsil sistemində həyata keçirilən islahatlar imtahan modelinin yenidən nəzərdən keçirilməsini aktuallaşdırır. Bu baxımdan tarix və informatika kimi strateji əhəmiyyət daşıyan fənlərin gələcəkdə buraxılış imtahanında təqdim edilməsi gündəmə gəlir.

Bəs belə bir addımın atılmasına ehtiyac varmı?

Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu mövzu ətrafında müzakirələr davamlı şəkildə aparılır və müxtəlif təkliflər, tövsiyələr irəli sürülür:

"Hesab edirəm ki, bu gün ən vacib prioritet məsələlərdən biri mövcud sistemi qorumaqdır. Ümumiyyətlə, dünyada müxtəlif modellər və sistemlər mövcuddur, lakin düşünürəm ki, hazırkı sistem ədalətli sayılır və bizim tələblərimizə kifayət qədər cavab verir. Əsas məsələ şəffaflığın, ədalətin və düzgün qiymətləndirmənin təmin olunmasıdır. Mən bu sistemin ciddi şəkildə dəyişdirilməsinin və böyük dəyişikliklərə məruz qalmasının əleyhinəyəm. Tarix və informatika fənlərinin prosesə daxil edilməsi ilə bağlı müzakirələr də aparılır".

Müsahibimizin fikrincə, vəziyyətdən asılı olaraq bu proses dəyişə və fərqli istiqamətdə inkişaf edə bilər.

"Gələcəkdə həm tarixin, həm də informatikanın bu prosesə əlavə edilməsi məsələsinə baxılması mümkündür və bunun həyata keçirilməsi realdır. Ehtiyac yarandığı halda bu istiqamətdə müəyyən addımlar atıla və müvafiq işlər görülə bilər. Bu məsələ birbaşa dövlət qurumlarının, xüsusilə mərkəzi strukturların səlahiyyətinə aid məsələdir. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi ilə əlaqədar qurum arasında davamlı məsləhətləşmələr aparılır. Gələcəkdə belə bir məsələ nəzərdən keçirilə və proses başlayarsa, bununla bağlı məlumatlar da vaxtında ictimaiyyətə təqdim oluna bilər. Bu istiqamətdə müəyyən planlar, hədəflər və yanaşmaların formalaşması mümkündür", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
3
redaktor.az

4Sources