EN

Rusiyanın aktivləri bu halda qaytarılacaq

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Ukraynadakı vəziyyət nizamlandıqdan sonra Rusiyanın dondurulmuş aktivlərinin qaytarılması mövqeyindən çıxış edir.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat verib.

"Administrasiyanın (ABŞ - red.) Rusiya ilə biznes qurmaq istəyən üzvləri var... Aktivlər məsələsi onlara uyğun gəlmir", - deyə nəşr bildirib.

Eyni zamanda, qeyd olunur ki, Ukraynaya kredit verilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı danışıqlar Belçikanın mövqeyinə görə pozula bilər.

Avropa Komissiyası Ukraynanın hərbi büdcəsinin aprel ayında tükənməməsini təmin etmək üçün Rusiya aktivlərindən istifadə edərək Ukraynaya kredit verilməsi ilə bağlı hüquqi bazanı tezliklə dərc edəcək. Qəzet xatırladır ki, dekabr ayında Avropa İttifaqı liderləri bu məsələni müzakirə etmək üçün yeni sammitdə toplaşacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
2
unikal.az

3Sources