EN

Azərbaycan Türkiyə şirkətilə əczaçılıq zavodu layihəsi həyata keçirəcək

Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkəti ilə həyata keçirilən əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyət və gələcək planlara dair fikir mübadiləsi aparılıb.

Marja xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş ilə görüşüb.

Görüşdə ölkəmizdə əczaçılıq sənayesində inkişaf perspektivləri və həyata keçirilən layihələrin əhəmiyyəti müzakirə edilib.

Tərəflər birgə fəaliyyət çərçivəsində həyata keçirilən əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyət və gələcək planlara dair fikir mübadiləsi aparıblar.

Görüşdə gələcək əməkdaşlıq istiqamətləri, istehsal potensialının artırılması, innovativ yanaşmaların tətbiqi və Azərbaycanda əczaçılıq sektorunun daha da inkişaf etdirilməsi ilə bağlı planlar nəzərdən keçirilib.

Qeyd edək ki, “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin inşası ölkəmizdə əczaçılıq sənayesi üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında davam etdirilir. Layihə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti və “SİA Pharmaceutical” MMC ilə birgə həyata keçirilir.

Chosen
11
7
marja.az

8Sources